“Qırmızı kitab”a düşmüş minlərlə bitkini xaricə aparmaq istədi

“Qırmızı kitab”a düşmüş minlərlə bitkini xaricə aparmaq istədi

Hazırda oxunan: “Qırmızı kitab”a düşmüş minlərlə bitkini xaricə aparmaq istədi

128484

“Samur” gömrük postunda saxlanılan “Mercedes” markalı TIR-dan “Qırmızı kitab”a düşmüş külli miqdarda budaqlı danaya bitkisi aşkar edilib. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyaya gedən Zöhrab Əliyevə məxsus yük maşınına baxış keçirilərkən ümumilikdə 127 200 ədəd danaya bitkisi müəyyən edilib.

Bitkilərin ölkədən çıxarılmasına icazə verilməyib və toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib. 

Faktla bağlı Qusar rayon Polis Şöbəsində araşdırma aparılır. 

Qeyd edək ki, budaqlı danaya bitkisindən gülçülük sahəsində geniş istifadə edilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO