Metroda yanğınla bağlı yayılmış xəbərə qurumdan CAVAB 

Metroda yanğınla bağlı yayılmış xəbərə qurumdan CAVAB 

Hazırda oxunan: Metroda yanğınla bağlı yayılmış xəbərə qurumdan CAVAB 

128448

Sosial şəbəkələrdə bu gün “Gənclik” metrosunda yanğın olması ilə bağlı məlumat yayılıb. 

Bizim.Media xəbər verir ki, Qafqazinfo məlumatı dəqiqləşdirmək üçün “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda YANĞIN: Dağılan xlor reaksiyaya girdi - VİDEO


Qurum rəsmisi bildirib ki, bu gün metropolitendə hər hansısa bir neqativ hal yaşanmayıb: 

“Metrodakı yanğınla bağlı yayılmış xəbər əsassızdır. Dünən Bakı metropoliteninin “Gənclik” stansiyasında sərnişinin əlindən iki kimyəvi təmizləyici vasitə yerə düşdüyü üçün reaksiya nəticəsində alışma baş verib. Bu gün isə qatarların hərəkət qrafikinə ciddi şəkildə əməl olunması da daxil olmaqla metroda neqativ hallar yaşanmayıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO