Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Hazırda oxunan: Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

128299

Neftçalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.  

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb.  

Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Xolqaraqaşlı kənd sakinləri, 27 yaşlı Ələkbərov Tural Abuzər oğlu və 26 yaşlı Zamanov Kamil Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  
Xəsarət alanlar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO