\

\"547 əməkdaşımıza töhmət vermişik\" - “Azəriqaz”

Hazırda oxunan: \"547 əməkdaşımıza töhmət vermişik\" - “Azəriqaz”

128189

Bu ilin üç ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 547 əməkdaşına töhmət verilib.

Bizim.Media xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalıstlər və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bu tədbirlər abonentlərin məmnunluğunu təmin etmək məqsədi daşıyır.

“Bizim məqsədimiz nədir, abonent məmnunluğuna nail olmaqdır. Əgər kimsə abonentlərinin məmnunluğu yolunda bizə mane olacaqsa, onları inzibati qaydada tənbeh, islah edəcəyik ki, abonentə qarşı daha adekvat, demokratik, daha xidmətkar olsun. Bizim məqsədimiz, amalımız yalnız bundan ibarətdir”, - Eldəniz Vəliyev vurğulayıb.
Qeyd edək ki, hazırda “Azəriqaz” İB-nın abonentlərinin sayı 2,5 milyona çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO