“Amerika ictimaiyyəti ermənipərəst ruhda hazırlanıb” – Razi Nurullayev

“Amerika ictimaiyyəti ermənipərəst ruhda hazırlanıb” – Razi Nurullayev

Hazırda oxunan: “Amerika ictimaiyyəti ermənipərəst ruhda hazırlanıb” – Razi Nurullayev

1278

“Ali Baş Komandan İlham Əliyevin “Fox News”a verdiyi müsahibə ABŞ ictimaiyyəti və insanlarının həqiqəti öyrənməyində mühüm rol oynayacaq. Fikir verdinizsə, jurnalistin verdiyi suallardan da bəlli oldu ki, ABŞ ictimaiyyəti Qarabağ münaqişəsi barəsində məlumatsızdır”.

Bizim.Media xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev Prezidentin “Fox News”a müsahibəsi haqqında mövqeyini açıqlayarkən deyib.

Nurullayevin sözlərinə görə, ABŞ-da olan güclü erməni lobbisinin apardığı sosial təbliğ nəticəsində Amerika ictimaiyyəti ermənipərəst olaraq hazırlanıb:

“Hazırda ABŞ əhalisini öz problemləri, gündəmi maraqlandırır. Ancaq biz müsahibədə verilən suallardan da gördük ki, ABŞ cəmiyyəti ermənipərəst ruhda hazırlanıb və ermənilərin tərəfindədir”.

Müsahibə zamanı təxribatçı sualların əvvəlcədən hazırlanmış xüsusi missiyalı olduğunu bildirən millət vəkili Prezident İlham Əliyevin yüksək səviyyədə hazırcavablığını da vurğuladı:

“ABŞ kimi qüvvətli bir dövlətin jurnalistinin ermənipərəst sualları məndə təəsüf yaratdı. Amma Azərbaycan Prezidenti bütün suallara yüksək səviyyədə, diplomatik və beynəlxalq standartlara uyğun tərzdə cavablandırdı. Mən düşünürəm ki, artıq ABŞ və digər cəmiyyətlər də bilməlidirlər ki, Azərbaycan haqqın yolundadır və biz öz torpaqlarımzın azadlığı uğrunda mübarizə aparırıq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO