İsrail mediası: Fazil Mustafanın həyatına qəsd iranlılar tərəfindən törədilib - FOTO

İsrail mediası: Fazil Mustafanın həyatına qəsd iranlılar tərəfindən törədilib - FOTO

Hazırda oxunan: İsrail mediası: Fazil Mustafanın həyatına qəsd iranlılar tərəfindən törədilib - FOTO

127762

Milli Məclisin deputatı Fazil Mustafanın həyatına qəsd iranlılar tərəfindən törədilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya İsrailin Mivzaklive xəbər saytında yerləşdirilib.

Mənbə yazır ki, İranla Azərbaycan arasında diplomatik münasibətlər bir müddətdir ki, pisləşib.

Dünən axşam iranlıların azərbaycanlı deputat Fazil Mustafaya Bakı şəhərindəki evində sui-qəsd cəhdi barədə məlumat yayılıb. 

Məlumata görə, o, bir neçə güllə yarası alıb və xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə baş verdikdən dərhal sonra İranda molla rejiminin “İRNA” xəbər agentliyi məqalələrində deputatı şiələrin qatı düşməni kimi qələmə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO