Adil Əliyev: “Hadisə ilə bağlı dövlət tərəfindən ciddi tədbirlər həyata keçiriləcək” - VİDEO 

Adil Əliyev: “Hadisə ilə bağlı dövlət tərəfindən ciddi tədbirlər həyata keçiriləcək” - VİDEO 

Hazırda oxunan: Adil Əliyev: “Hadisə ilə bağlı dövlət tərəfindən ciddi tədbirlər həyata keçiriləcək” - VİDEO 

127731

“Hesab edirəm ki, bu ağır terror hadisəsidir. Deputata qarşçı bu cür hadisənin baş verməsi dövlət təhlükəsizliyi məsələsidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev Fazil Mustafaya qarşı silahlı hücumla bağlı jurnalistlərə açıqlamasında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Deputat Fazil Mustafa güllələnib


O qeyd edib ki, aidiyyəti qurumları faktla bağlı araşdırmalara başlayıblar:

“Tam arxayın ola bilərsiniz ki, bu hadisə ilə bağlı dövlət tərəfindən ciddi tədbirlər həyata keçiriləcək”. 

Adil Əliyevin sözlərinə görə, hadisəni törədən şəxlər hələ yaxalanmadığından onun hansı səbəbdən törədildiyini demək yalnışdır:

“Əvvəlcədən kimin, hansısa qüvvələrin bu hadisəni törətdiyini demək yanlış olardı. Əlbəttə ki, hadisə tam araşdırıldıqdan sonra lazım gələrsə, dövlətimiz tərəfindən adekvat tədbirlər görüləcək”. 

Milli Məclisin sədr müavini millət vəkillərinin mühafizəsi məsələsinə də toxunub:

“Daxili nizamnaməyə əsasən millət vəkilləri mühafizəçilərlə təmin olunmurlar, lakin onlar əgər istəyirlərsə, silahla təmin oluna bilərlər. Hesab edirəm ki, Azərbaycanda ciddi olaylar olmadığı üçün deputatlar silahdan istifadə üçün müraciət etməyiblər. Ölkəmizdə sabitlik tam bərqərar olunubdur və bu sabitliyi pozmaq istəyən qüvvələr bilməlidirlər ki, bu hadisələrin qarşısı qətiyyətlə alınır”. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO