Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

Hazırda oxunan: Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

127573

"Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, bu, Anar Cəlilovdur.

O, "Naxçıvan Sığorta"nın rəhbərliyində Əsədulla İsgəndərovu əvəz edib.

Bundan başqa, şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tural Ələkbərov sədr vəzifəsinə təsdiqlənib.

Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100 % "Naxçıvan Bank" ASC-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO