Abşeronda 2 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı rəsmi AÇIQLAMA

Abşeronda 2 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Abşeronda 2 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı rəsmi AÇIQLAMA

127567

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunda 2 nəfərin öldüyü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, mənbə bildirib ki, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO