Bakı-Sumqayıt qatarında gənc qızın halı pisləşdi

Bakı-Sumqayıt qatarında gənc qızın halı pisləşdi

Hazırda oxunan: Bakı-Sumqayıt qatarında gənc qızın halı pisləşdi

127557

Dünən Bakı-Pirşağı-Sumqayıt sürətli qatarında həyacanlı anlar yaşanıb.

Bu barədə Bizim.Media-ya hadisə şahidləri xəbər veriblər.

Onlar bildiriblər ki, martın 27-də saat 17:50-də Bakı sərnişin stansiyasından hərəkət edən sürət qatarında sərnişin sıxlığı yaşanıb.

Nəticədə bəzi sərnişinlərin halı pisləşib. Qatar Sabunçu dayanacağından hərəkətə keçərkən sərnişinlərdən biri, 20 yaşlarında qız huşunu itirərək yıxılıb. 

Digər sərnişinlər dərhal yardıma yetişiblər. Daha sonra vaqon bələdçisinin və polislərin yardımı ilə qız özünə gəlib. Təcili tibbi yardımın çağırılmasını istəməyən qız Goradil dayanacağında ailə üzvlərinə təhvil verilib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO