Paytaxtda iş adamının oğlu girov götürüldü - Cinayətin DETALLARI

Paytaxtda iş adamının oğlu girov götürüldü - Cinayətin DETALLARI

Hazırda oxunan: Paytaxtda iş adamının oğlu girov götürüldü - Cinayətin DETALLARI

127397

Martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində adam oğurluğu olub. Belə ki, həmin ərazidə yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirilib. Onun azyaşlı oğlu zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib və 200.000 manat verilməsi tələb olunub. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, sonradan isə 20.000 manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub. 
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO