Azərbaycanda daha 53 nəfər koronavirusa yoluxdu - 6 nəfər öldü

Azərbaycanda daha 53 nəfər koronavirusa yoluxdu - 6 nəfər öldü

Hazırda oxunan: Azərbaycanda daha 53 nəfər koronavirusa yoluxdu - 6 nəfər öldü

127298

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər sağalıb.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutka ərzində koronavirusdan 6 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 829 398 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 104 nəfər müalicə olunaraq sağalıb, hazırda 128 aktiv xəstə var. Bu günə qədər 10 166 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 910, bu günə qədər isə ümumilikdə 7 553 009 test icra olunub.

Son sutkada ölkədə 155 vaksin vurulub. Bununla da vurulan vaksinlərin sayı 13 953 037-yə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO