Sabirabadda “Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı

Sabirabadda “Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı

Hazırda oxunan: Sabirabadda “Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı

127066

Sabirabadda 30 min manatdan çox pulu oğurlayan şəxs tutulub. 

Bu barədə DİN Mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib. 

Bildirilib ki, DYP əməkdaşları tərəfindən “Toyota” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Maşında olan sərnişin Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib. 
Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. 

Müvafiq tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO