Peru deputatları ilə Xocalıya həsr olunmuş onlayn görüş keçirildi

Peru deputatları ilə Xocalıya həsr olunmuş onlayn görüş keçirildi

Hazırda oxunan: Peru deputatları ilə Xocalıya həsr olunmuş onlayn görüş keçirildi

12704

Azərbaycan Milli Məclisinin və Peru Konqresinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında onlayn formatda görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı fikir mübadiləsi aparılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Kiyevdə "Xocalıya ədalət" bilbordları - FOTO


Milli Məclisin Peru ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sahib Alıyev görüş iştirakçılarını salamlayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib.

Bildirilib ki, Azərbaycan xalqı Peru xalqına və dövlətinə hörmətlə yanaşır. Qeyd edilib ki, 10 iyun 2013-cü il tarixində Peru Respublikasının Milli Konqresi Xocalı soyqırımını qınayan, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib.

Həmin sənəddə Xocalı soyqırımına ədalətli hüquqi və siyasi qiymət verilib. Bu addıma görə qarşı tərəfə minnətdarlıq ifadə edilib.

Peru öz ərazisinə görə dünyanın ən böyük 20 dövləti sırasındadır. Lakin dövlətlərin böyüklüyü yalnız ərazi, iqtisadi, hərbi potensialı deyil, həmçinin beynəlxalq normalara riayət etməsi, haqqın, ədalətin yanında olması ilə ölçülür.

Bu baxımdan Peru bizim üçün ən böyük dövlətlərdən biridir. Biz Peru xalqına, dövlətinə hər zaman hörmət bəsləyirik.

Görüşdə iştirakçılara Azərbaycanın 44 günlük Vətən müharibəsi barədə geniş məlumat verilib. Sahib Alıyev Qoşulmama Hərəkatının üzvü kimi Peru dövlətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

Bildirilib ki, Qoşulmama hərəkatına hazırda Azərbaycan rəhbərlik edir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT-nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Ölkəmiz pandemiya ilə mübarizədə 30-dan artıq dövlətə yardım edib. Eyni zamanda, Dünya Səhiyyə Təşkilatına vəsait ayırıb.

Peru Respublikası Milli Konqresinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Guilermo Alexandro Antonio Aliaga Paxares səmimi görüşə görə təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib.

O, Peru xalqının, dövlətinin sülh tərəfdarı olduğunu söyləyib. Bu baxımdan Konqresdə Xocalı soyqırımı ilə bağlı qəbul edilən sənədin önəmli olduğunu qeyd edib.

Söhbət zamanı Peru Konqresinin üzvü Rikardo Burga, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, iqtisadi, humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüblər.

Görüşdə Peru parlamentinin üzvləri Leonardo İnga Sales, Abiud Ramirez də iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO