Bakıda ticarət mərkəzindən 1 000 manatlıq geyim əşyaları oğurlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Belə ki, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1 000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media