Oğuz rayon Mərkəzi kitabxanasında oğuzlu yazar Elza Rəşadın ( Gülməmmədova) “ Oğuz deyimləri” kitabının III hissəsinin təqdimatı keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təqdimatda “Oğuz deyimləri” kitabında Elza Rəşadın Azərbaycan folklorundan qaynaqlanan yazılı ədəbiyyatın gözəl nümunələrini özündə əks etdirən müdrik deyimləri haqqında ətraflı danışılıb.
Təqdimata Qəbələdən qatılan qonaqlar- hər birinin özünəməxsus yaradıcılığı olan insanlar, əvvəlcə Elza Rəşadın yaradıcılığından söhbət açıb, milli geyimlərin tarixi və onların qorunub saxlanması haqqında danışıb, sonra öz şeirlərindən iştirakçılar üçün oxuyublar.
Oğuz mərkəzi kitabxanasının direktor əvəzi Nəzakət Qasımova tədbir iştirakçılarını salamlayaraq belə tədbirlərin tez-tez keçirilməsinin kitaba və yaradıcı insanlara olan dəyərin nəticəsi olduğunu dilə gətirib.
Sonda Elza Rəşad yeni kitabını Oğuz rayon Mərkəzi kitabxanasına eləcə də iştirakçılara imzası ilə hədiyyə edib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 22.03.2023
“Oğuz deyimləri” kitabında nələrdən bəhs olunur? - DETALLAR/FOTO
Hazırda oxunan: “Oğuz deyimləri” kitabında nələrdən bəhs olunur? - DETALLAR/FOTO
Hazırda oxunan: “Oğuz deyimləri” kitabında nələrdən bəhs olunur? - DETALLAR/FOTO
126728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.