Faktiki hava AÇIQLANDI 

Faktiki hava AÇIQLANDI 

Hazırda oxunan: Faktiki hava AÇIQLANDI 

126531

Milli Hidrometeorologiya Xidməti martın 20-nə olan faktiki hava şəraitini açıqlayıb. 

Xidmətdən Bizim.Media-ya bildirilib ki, bu gün ölkənin bəzi yerlərində arabir yağış yağıb. 

Yağıntının miqdarı Naxçıvanda 15, Sədərəkdə 14, Şərurda 13, Ordubadda 7, Şahbuzda 6, Culfa, Gədəbəydə 2, Beyləqan, Mingəçevir, Tovuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Zaqatala, Şəki, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Astara, Hacıkənddə 1 millimetrədək olub. 
Şərur, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Zərdab, Yevlax, Kürdəmir, Neftçala, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, görmə məsafəsi 200-500 metrədək məhdudlaşıb. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Naxçıvanda 16°-dək isti, dağlıq rayonlarda 10°-dək isti, aran rayonlarında 20°-dək isti olub. 

Martın 21-dən 22-si gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Martın 23-24-də isə havanın sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz xoş, mülayim yaz havası gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO