Kamran Əliyev sabiq baş prokuror İlyas İsmayılovu təltif etdi – FOTO  

Kamran Əliyev sabiq baş prokuror İlyas İsmayılovu təltif etdi – FOTO  

Hazırda oxunan: Kamran Əliyev sabiq baş prokuror İlyas İsmayılovu təltif etdi – FOTO  

126503

Martın 20-si Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı, Ədalət Partiyasının sədri İlyas İsmayılovla görüşərək Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ədalət Partiyasınınn sədr müavini Elxan Şükürlü sosial şəbəkə hesabında məlumat verib. 

Görüş zamanı Kamran Əliyev və İlyas İsmayılov xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər. 

Qeyd edək ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Azərbaycan SSR-in Baş Prokorukoru, 1992-1995-ci illərdə isə müstəqil Azərbaycanın ədliyyə naziri vəzifəsini icra edib.  






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO