Bakıda bu istiqamət üzrə müntəzəm marşrut xətti açılır – RƏSMİ  

Bakıda bu istiqamət üzrə müntəzəm marşrut xətti açılır – RƏSMİ  

Hazırda oxunan: Bakıda bu istiqamət üzrə müntəzəm marşrut xətti açılır – RƏSMİ  

126496

Martın 23-dən Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır. 

Bizim.Media xəbər verir ki, bu barədə parkın direktoru Etibar İbrahimov özünün "Facebook" səhifəsində yazıb. 

"Bu tarixdən etibarən Koroğlu metrosu-Abşeron Milli Parkı və Abşeron Milli Parkı-Koroğlu metrosu istiqamətində yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır. Avtobus marşrutu martın 23-dən martın 26-dək, Novruz tətili günlərində fəaliyyət göstərəcək, sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək", - E. İbrahimov bildirir. 
Bu xətt üzrə daşımalar "Zirə Bələdiyyəsi Nəqliyyat Xidməti" MMC tərəfindən həyata keçiriləcək. 

Bir istiqamətdə xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO