Partlayışda xəsarət alan aktyorun son durumu açıqlandı - YENİLƏNİB

Partlayışda xəsarət alan aktyorun son durumu açıqlandı - YENİLƏNİB

Hazırda oxunan: Partlayışda xəsarət alan aktyorun son durumu açıqlandı - YENİLƏNİB

12629

Yaşadığı mənzildə baş verən partlayış nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, Teatrın Mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova aktyorun vəziyyətinin ağır olduğunu deyib.

“Hadisə hamam otağındakı su qızdırıcı cihazın partlaması nəticəsində baş verib. Aktyorun aşağı ətraflarında ciddi yanıq xəsarətləri var. Həkimlər hələ dəqiq söz demir və müalicə tədbirləri davam etdirilir”, deyə o, qeyd edib.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı aktyroun qardaşı yayıb.

Onun sözlərinə görə, aktyorun yaşadığı mənzildə qaz sızmasından partlayış baş verib.
Hazırda Cavid Telmanın vəziyyətinin ağır olduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO