Cəlilabadın Xəlil kəndindəki məscidin işığı borca görə kəsilib. Bu barədə virtualaz.org saytı məlumt verib. Məlumata görə, sayğaca baxış keçirən işıq idarəsinin əmədkaşları məscidin 600 manat borcu olduğunu müəyənləşdirib və bunun ardınca işıqları kəsib.
Maraqlıdır,
gürcü, erməni kilsəsinə pulsuz qaz verildiyi bir halda Azərbaycandakı bir məscidin
işığını borca görə kəsmək nə dərəcədə doğrudur? Həqiqətənmi ölkəmiz məscidləri
pulsuz işıqla təmin edəcək qədər gücə sahib deyil?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalıları Birliyinin sədri
Eldəniz Quliyev bunun kafirlikdən başqa bir şey olmadığını vurğuladı:
“Məscid
Allah evidir. Əgər bunlar bu müqəddəs məkanın işığını kəsirlərsə, deməli,əstəğfürulla,
Allahın işığını kəsmək iddiasındadırlar. Bilsinlər ki, bu, son nəticədə çox pis
situasiya yaradacaq, çox pis. Belə hörmətsizliyin ömrü 40 gündən
artıq olmur. Gec edir, güc edir. Allahın səbri böyükdür, amma eyni zamanda qəzəbi
də ağırdı. Erməni kilsəsinə pulsuz qaz verib öz məscidlərimizin işığını kəsmək
kafirlik adlanır. Baisə lənət olsun!”x9d
Seymur
Əliyev






























































































