Azərbaycanın bu ərazilərində 16 dərəcə şaxta oldu - ADLAR

Azərbaycanın bu ərazilərində 16 dərəcə şaxta oldu - ADLAR

Hazırda oxunan: Azərbaycanın bu ərazilərində 16 dərəcə şaxta oldu - ADLAR

12611

Milli Hidrometeorologiya Xidmətinin fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Bizim.Media xəbər verir ki, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Gədəbəydə 22, Göygöldə 19, Kişçayda (Şəki) 17, Lerikdə 15, Şəkidə 14, Qrızda 12, Altıağac, Oğuzda 10, Xaltanda 6, Yardımlı, Ağdərədə (Ordubad) 5, Qubada 3, Qəbələ, Zaqatala, Qusarda 1 sm olub.
Düşən yağıntının miqdarı Neftçalada 7, Lənkəranda 6, Lerikdə 5, Yardımlı, Astarada 4, Beyləqan, Cəfərxanda 2, Şərur, Göygöl, Qəbələ, Mərəzə, Zərdab, İmişli, Kürdəmir, Maştağa, Binədə 1 mm-dək olub.

Havanın temperaturu fevralın 21-də Bakıda iqlim norması daxilində, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, Naxçıvan MR-da 2-4, aran rayonlarında 0-3, dağlıq rayonlarda 6-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO