Rahatlıq əvəzinə PROBLEM: Bakıda velosiped zolaqlarını kim fikirləşib?

Rahatlıq əvəzinə PROBLEM: Bakıda velosiped zolaqlarını kim fikirləşib?

Hazırda oxunan: Rahatlıq əvəzinə PROBLEM: Bakıda velosiped zolaqlarını kim fikirləşib?

126098

“Bakı şəhərində salınmış velosped zolaqları istifadə üçün yox, görüntü üçündür”.

Bunu Bizim.Media-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, velosiped zolaqları ilə bağlı müəyyən standartlar və tələblər var:

“Bu tələblərə uyğun velosiped zolaqları yaradılmalıdır. Amma bizdə bunun tam əksini görürük. Bakı Nəqliyyat Ağentliyi lazımsız bir layihəyə keçirdi. Amma onlar unutdular ki, heç bir ölkədə səkini kəsib velosiped zolağı salmırlar.Və yaxud əksinə velosiped yolunu ləğv edib səki eləmir.

Yəni şəhərdə bütün hərəkət edənlərə normal şərait yaradılmalıdır. BNA daima bu mövqedən çıxış edir ki, səki piyadalarındır. Amma bu qurum öz dediyinin əksinə gedərək səkiləri söküb bir hissəsində velosiped zolağı saldı. Amma həmin zolaqdan heç bir velosipedçi istifadə etmir. Layihə boş-boşuna icra olundu.Külli miqdarda vəsait xərcləndi. Layihənin doğru-dürüst təbliğatı da aparılmadı”.

Ekspert səkinin velosiped sürən üçün əlverişli olmadığını bildirib:

“Yol şəbəkəmiz də ideal vəziyyətdə deyil ki, orda da velosipedçi sərbəst hərəkət edə bilsin. Bu məsələ əvvəldən nəzərə alınmalıydı, planlaşdırılmalıydı. İndi artıq gecdir. Görülən bu boyda layihə də səmərəsiz qalır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO