Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının SAYI 

Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının SAYI 

Hazırda oxunan: Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının SAYI 

126019

Ukraynadan təxliyə olunan vətəndaşlarımızın sayı məlum olub.

Bizim.Media xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2022-ci ilin fevral ayında Ukraynada başlamış müharibə ilə əlaqədar olaraq sözügedən ölkədə yaşayan vətəndaşlarımızın təxliyəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. 

Ukraynanı quru yol ilə qonşu ölkələrə keçməklə tərk etmiş şəxslərin Moldova və Rumıniyadan Bolqarıstan-Türkiyə-Gürcüstan-Azərbaycan Respublikası marşrutu ilə quru yolla çarter avtobusları və Polşa-Azərbaycan, Rumıniya-Azərbaycan marşrutları ilə çarter uçuşları ilə təxliyəsi təşkil edilib. 

Müharibə başladıqdan sonra vətəndaşlarım təxliyəsi məqsədilə 20-dən artıq çarter (təyyarə) reysi həyata keçirilib. Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə ümumilikdə 16 mindən çox şəxsin (vətəndaşların və onun ailə üzvü olan xarici ölkə vətəndaşlarının) ölkəmizə təxliyəsi təmin edilib.
Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklər tərəfindən repatriasiya olunmasını istəyən şəxslərin qeydiyyatı həyata keçirilib, münaqişə başlandığı gündən 30 mindən çox şəxslə telefon əlaqəsi yaradılıb.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO