Bakının köhnə avtobus dərdi BİTİR – 6 ayda 50 marşrut müsabiqəyə ÇIXARILIB

Bakının köhnə avtobus dərdi BİTİR – 6 ayda 50 marşrut müsabiqəyə ÇIXARILIB

Hazırda oxunan: Bakının köhnə avtobus dərdi BİTİR – 6 ayda 50 marşrut müsabiqəyə ÇIXARILIB

125808

Son 6 ay ərzində 50-yə yaxın marşrut xətti müsabiqəyə çıxarılıb. Onların əksəriyyəti ətraf kənd və qəsəbələrinə, şəhərin əsas cəlbetmə məntəqələrinə aiddir.

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev verib.

Onun sözlərinə görə sərnişindaşımalarda vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından zəruri olan məsələlərdən vacibi köhnə, tələblərə cavab verməyən və istismar müddətini başa vuran avtobusların müasirləri ilə əvəzlənməsidir:
 

MÖVZU İLƏ BAĞLI:

Altı istiqamət üzrə avtobus marşrutları müsabiqəyə ÇIXARILIR 


“Bu ictimai nəqliyyatın cəlbediciliyini artırmaq, insanların səyahətlərini daha çox avtobuslarla həyata keçirməyə sövq etmək baxımından da əhəmiyyətlidir. Hazır ki, mərhələdə xüsusən ətraf kənd və qəsəbələr üzrə sərnişindaşıma xidmətinin qaneedici səviyyədə olmadığından daha çox diqqət bu istiqamətlərə ayrılıb.

Qısa vaxtda Nardaran, Lökbatan, Xocaəsən, Zığ, Həzi Aslanov, Zabrat və Ramana istiqamətində 6 müntəzəm marşrut xətti ( E1, 44, 57, 130, 163 və 189) yenilənib. Nəticədə bu xətlər üzrə on minlərlər sərnişin müasir və yüksək keyfiyyətli xidmətlə təmin edilib. Davamlı xarakter daşıyan proses nağdsız ödənişin əhatə dairəsinin genişləndirilməsilə paralel aparılır”, - deyə qurum rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO