Azərbaycanın vergi siyasəti və qanunvericiliyinə ediləcək dəyişikliklər MÜZAKİRƏ EDİLDİ - FOTO 

Azərbaycanın vergi siyasəti və qanunvericiliyinə ediləcək dəyişikliklər MÜZAKİRƏ EDİLDİ - FOTO 

Hazırda oxunan: Azərbaycanın vergi siyasəti və qanunvericiliyinə ediləcək dəyişikliklər MÜZAKİRƏ EDİLDİ - FOTO 

125741

Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvlərinin naharı təşkil edilib.  

Bizim.Media xəbər verir ki, tədbirə fəxri qonaq kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də qatılıb. 

Tədbiri giriş sözü ilə açan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli Palatanın strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələr, həmçinin qarşıda duran plan və tədbirlər barədə danışıb.  
Qurumun prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu Dövlət Vergi Xidməti (DVX) ilə məhsuldar əməkdaşlığın mövcudluğunu bildirərək, Palatanın Azərbaycanda həm xarici, həm də yerli biznesin maraqlarını dəstəkləmək və inkişaf etdirmək üçün davamlı səylərini diqqətə çatdırıb, bu məqsədlə əhəmiyyətli addımlar atıldığını, DVX ilə məhsuldar dialoqun və əməkdaşlığın vacibliyini vurğulayıb. 

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli yüzlərlə xarici və yerli biznesi birləşdirən “AmCham Azərbaycan”la DVX arasındakı əməkdaşlığın səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslandığını qeyd edib.  

Tədbir zamanı interaktiv sual-cavab sessiyası keçirilib və biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib. Bütün qaldırılmış məsələlər və suallar DVX rəhbərliyi tərəfindən cavablandırılıb. 

Tədbir üzv şirkətlərin təqdimatları ilə davam edib. “AmCham”ın Vergi və Gömrük Komitəsinin sədri Nərmin Aslanova komitənin qarşıda duran planları və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

O, həmçinin, Palatanın DVX ilə əməkdaşlığa və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm əhəmiyyət verdiyini vurğulayıb. 
Naharda dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin və üzv şirkətlərin yüksək vəzifəli şəxsləri də daxil olmaqla, 140-dan çox qonaq iştirak edib. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO