Bakının Xəzər rayonunda 16 yaşlı gənci elektrik cərəyanı vurub.
Bu barədə Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Yaşlı kişi peyvənd olundu - 8 dəqiqə sonra öldü
FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media