Quba rayon icra hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib.
Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, görüşdə rayon rəhbərliyi, DTX-nın Quba rayon şöbəsinin rəisi, yerli YAP sədri, rayonun hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların, idarə və müəssisələrin rəhbərləri, yerli icra nümayəndələri, o cümlədən bələdiyyə sədrləri iştirak edib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba İH başçısı Ziyəddin Əliyev bütün şəhid ailələrini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.
Rayon rəhbəri ölkəmizdə və Quba rayonunda şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərilən hərtərəfli qayğıdan söz açıb. Şəhid ailələrini maraqlandıran sualları cavanlandıran Ziyəddin Əliyev aidiyyatı şəxslərə yerindəcə öz tapşırıqlarını verib.
Quba İH başçısı şəhid ailələrinə dövlətin həmişə onların yanında olduğunu və bundan sonra da olacağını deyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu