Xəbər verdiyimiz kimi, azərbaycanlı məktəblilər Dəniz Səttarlı və Fidan Qarayeva dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olublar.
Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında tələbələrlə bağlı paylaşım edib.
“Bu gün Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda riyaziyyat və kimya ixtisasları üzrə bakalavr təhsili almaq fürsəti qazanıblar.
Qeyd edim ki, Fidan Qarayeva və Dəniz Səttarlı dəfələrlə beynəlxalq və respublika fənn olimpiadalarının qalibi olublar.
İlbəil dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunan gənclərimizin sayının artması sevindiricidir, qürurvericidir. Şagirdlərimizi bir daha təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq”, paylaşımda deyilir.
Qeyd edək ki, D. Səttarlı və F. Qarayeva MIT-ə Azərbaycandan bakalavr üzrə daxil olan ilk qız məktəblilərdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 15.03.2023
Emin Əmrullayev Massaçusets Texnologiya İnstitutuna qəbul olan 2 azərbaycanlı qızdan yazdı - FOTO
Hazırda oxunan: Emin Əmrullayev Massaçusets Texnologiya İnstitutuna qəbul olan 2 azərbaycanlı qızdan yazdı - FOTO
Hazırda oxunan: Emin Əmrullayev Massaçusets Texnologiya İnstitutuna qəbul olan 2 azərbaycanlı qızdan yazdı - FOTO
125673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.