Saxta MƏHSULLAR: Azərbaycan bazarına XƏMİR DÜYÜLƏR haradan gətirilir?

Saxta MƏHSULLAR: Azərbaycan bazarına XƏMİR DÜYÜLƏR haradan gətirilir?

Hazırda oxunan: Saxta MƏHSULLAR: Azərbaycan bazarına XƏMİR DÜYÜLƏR haradan gətirilir?

125510

“Bayramqabağı Azərbaycan bazarlarında saxta düyü məhsulları peyda olub. Belə ki, son zamanlar ölkəmizə gətirilən düyü məhsulunun əsas hissəsinin xalis düyü olmadığı üzə çıxıb. Bir sıra alıcılar düyü adı ilə satılan məhsulun xaricdə əsasən xəmirdən hazırlandığını bildirirlər. Onu da qeyd edək ki, Azərbaycana düyü əsasən Hindistan, Pakistan, İran, Çin, İndoneziya və Türkiyədən gətirilir.

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, düyünün içində qurumuş xəmirə bənzər maddənin olması onun saxta olduğuna işarədir:

“Azərbaycanda saxta və keyfiyyətsiz malların satılması mütəmadi xarakter daşıyır. Düyünün saxta olmasına gəldikdə, özüm bu halla rastlaşmışam. Bir neçə gün əvvəl “Bazarstor”dan aldığım düyünün saxta olduğundan şübhələndim.
Ona görə də yoxlamaq üçün onu qovurdum, gördüm ki, Çin düyüləri kimi yanmır, qovrulur. Sonra kəsəndə gördüm ki, içərisində qurumuş xəmirə bənzər maddə var. Yəni üzvü maddədən hazırlansa da aldığım düyünün xalis düyü olmadığı üzə çıxdı.

Görünüşdə düyü olsa da, xalis düyü deyil, sadəcə ona xüsusi forma veriblər. Bu halla rastlaşmağım onu göstərir ki, ölkə bazarında saxta düyü də satılır. Bu hallar ölkəmizdə qida təhlükəsizliyi məsələsinin ürəkaçan şəkildə olmadığını göstərir”.  

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov isə əksinə, Azərbaycan bazarlarında saxta düyüyə rast gəlmədiyini deyir:

“Düyü qırıntılarından düyü hazırlaya bilərlər. Xaricdə düyü tozundan düyü hazırlama texnologiyası var. Lakin Azərbaycan bazarına bu kimi düyülər gətirilmir. Əhali yaxşı olar ki, yerli və sarı düyülərə üstünlük versin. Xəmirdən hazırlanmış saxta düyü isə Azərbaycan bazarında yoxdur. Kim bunun əksini sübut etsə, ona 100 manat hədiyyə verəcəyəm”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO