Rektorun qapısına papaq atdılar - FOTO

Rektorun qapısına papaq atdılar - FOTO

Hazırda oxunan: Rektorun qapısına papaq atdılar - FOTO

125440

“Səhər kabinetdə oturduğum anda qapım möhkəm döyüldü. Dedim buyurun. Cavab gəlmədi. Yenə möhkəm döyüldü. Təəccüblə dedim buyurun. Köməkçim gülə - gülə içəri daxil olub dedi ki, qapıya papaq atıblar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yazıb.

“Uşaqlıqda yaşadığımız və təəssüflə yavaş-yavaş unutduğumuz gözəl ənənələrimiz yada düşdü. Tonqal qalamaq, şəkərbura bişirilmə sevinci, papaq atmaq, yumurta döyüşdürmək, səməni qoymaq. Nə gözəl bayramdır Novruz bayramı. Ənənəyə uyğun olaraq papağa öz sovqatımı qoyub yola saldım. Bayramınız mübarək, əziz dostlar”, deyə o, qeyd edib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO