8 minə yaxın şəxsə əlillik təyin OLUNUB

8 minə yaxın şəxsə əlillik təyin OLUNUB

Hazırda oxunan: 8 minə yaxın şəxsə əlillik təyin OLUNUB

125391

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-fevral ayları ərzində 7,7 min şəxsə əlillik təyin edilib. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, onlardan 3,7 mininə ilkin, 4 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. 

Həmçinin Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 10,3 min şəxsə reabilitasiya xidməti göstərilib və 2,7 min şəxs 12,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO