DİM-in keçirdiyi son imtahanlardan hamı şikayət edir - Qəbulla bağlı yeni TƏKLİF  

DİM-in keçirdiyi son imtahanlardan hamı şikayət edir - Qəbulla bağlı yeni TƏKLİF  

Hazırda oxunan: DİM-in keçirdiyi son imtahanlardan hamı şikayət edir - Qəbulla bağlı yeni TƏKLİF  

125305

Azərbaycanda ali təhsil almaq ilbəil çətinləşdirilir. Ötən gün buraxılış və qəbul imtahanlarında iştirak edən abituriyentlər test tapşırıqlarında sualların həddən artıq qəliz olduğundan şikayətləniblər. Abituriyentlərin bildirdiyinə görə bəzi sualların orta məktəb dərsliklərində olmayan materiallardan yazıldığı, daha doğrusu xarici dərsliklərdən səhv tərcümə olunduğu iddiaları var.

Son buraxılış imtahanında ən çox narazılıq riyaziyyat fənnində səhv sualların qoyulması ilə bağlı olub.  

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, 12 mart 2023-cü il tarixində tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən qeyd edilən test tapşırığı ilə bağlı müraciətlər müvafiq fənnin ekspertləri tərəfindən araşdırılıb:
 

MÖVZU İLƏ BAĞLI:

“Qəbul qaydalarında dəyişikliyə ehtiyac var” - Nazir


“Bununla əlaqədar olaraq bildiririk ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı, dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır. İmtahan iştirakçıları meyarlarla nəticələr elan olunanda tanış ola biləcəklər”.

Təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə ali təhsil ocaqlarına 5 mart və 12 mart tarixlərində keçirilən hər iki qəbul imtahanı ilə bağlı çox ciddi narazılıq var:

“Bu il Azərbaycan dili suallarında mətn tapşırıqları, mətnin həcminin böyük olması və onun əhatə etdiyi sualların çətinlik səviyyəsinin çox olması, eləcə də hər iki tarixdə keçirilən imtahanda hərəsindən 1 sual olmaqla texniki xətaya yol verilməsi məsələsi müzakirə doğurub. Əlbəttə bütün bunlar ümumi imtahan verən, təxminən 100 mindən artıq abituriyentin nəticələrinə təsirsiz ötüşməyə bilər. Burada deyilənlər özünü doğruldarsa, bu, keçid ballarının bir qədər enməsi ilə müşahidə oluna bilər. Ümumi götürsək, imtahanların keçirilməsinin hər il çətinlik səviyyəsi artır”.

Elçin Əfəndi vahid imtahan modelinin dəyişdirlməsini vacib sayıb:

Bilirsiz ki, kurikulium əsasında qəbul 2019-cu ildən həyata keçirilir. Abituriyentlər hələ də bu prosesə adaptasiya oluna bilmirlər. Bütün ixtisas qruplarına baxsaq, fənnlərin sayı çoxluq təşkil edir və özünü imtahanların nətcəsində göstərmiş olur. Qəbul modeli dəyişməlidir. Burada fənnlərin sayını çoxaltmaq deyil, ən azı minimumlaşdırmalıyıq. Qəbul imtahanında azı 3 fənn olmalıdır və məhz bu fənnlər nəticəsində ali məktəbə qəbul olub-olmamağı öyrənmək lazımdır.

Fənnlərin çoxluğu ailələrin büdcəsinə təsir edir və ailə maliyyə itkisinə gedir. Mənəvi itkilər də var ki, bunlar nəzərə alınmalıdır. Minimiallaşdıranda artıq abituriyentin fənn üzrə yükü də azalmış olur. Bu günün acı reallığı odur ki, orta məktəblərdə təhsilin keyfiyyəti həddən artıq aşağıdır.


Bu günkü abituriyentlər əgər repititorlar və hazırlıqlar sayəsində nəticə qazanırlarsa və bu nəticədən də yenə narazıdırlarsa, demək ki, həqiqətən də ciddi çatışmazlıq var. Bu çatşmazlığı aradan qaldırmaq üçün DİM və Elm və Təhsil Nazirliyi mütəşəkkil formada işləməlidir. Hesab edirəm ki, fənn sayı minimallaşdırılmalı, 6-7 fənn deyil, ən azı 3 fənn üzrə imtahanları həyata keçirməliyik”.

Xatırladaq ki, Elm və təhsil naziri Emin Əmrullayev də qəbul imtahanlarında ciddi problemlərin olduğuna diqqət çəkib. O, qəbul qaydalarında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO