Şərqi Zəngəzurda aparılan geoloji tədqiqatlarla bağlı rəsmi AÇIQLAMA

Şərqi Zəngəzurda aparılan geoloji tədqiqatlarla bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Şərqi Zəngəzurda aparılan geoloji tədqiqatlarla bağlı rəsmi AÇIQLAMA

125258

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) geoloji kəşfiyyat qrupu Şərqi Zəngəzur iqtisadi rayonun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən və ümumi sahəsi 85,56 kvadratkilometr olan “Tutxun” nəcib metal təzahürləri sahəsində geoloji kəşfiyyat işlərinin birinci mərhələsini tamamlayıb.

QSC-dən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 8,29 kvadratkilometr ərazidə, o cümlədən Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində 2022-ci ilin iyun-dekabr ayları ərzində yerüstü aktiv axtarış-kəşfiyyat işləri icra edilib. Nəticədə əldə edilmiş sınaq nümunələri element tərkiblərinin müəyyən edilməsi məqsədilə analiz üçün beynəlxalq laboratoriyaya göndərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə yeni tədqiqatlar BAŞLAYIR ​


Qeyd edək ki, “Tutxun” sahəsində geoloji kəşfiyat işlərinin sözügedən ərazilərin 30 illik işğal dövründə Ermənistan tərəfindən minalarla çirkləndirildiyi üçün sürətlə davam etdirilməsi mümkün deyil.

Minalanmış sahələrin xəritələrinin alınması ilə bağlı danışıqlar isə Ermənistanın bu məsələ ilə bağlı destruktiv mövqeyinə görə ləngiyir. Bu səbəbdən axtarış-kəşfiyat işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır.

2023-cü il ərzində işlərin davam etdirilməsi üçün daha 45,5 kvadratkilometr sahə ANAMA tərəfindən minalardan təmizlənərək, çöl tədqiqatlarının davam etdirilməsi üçün “AzerGold” QSC-nin geoloji heyətinin ixtiyarına veriləcək.
“AzerGold” QSC torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 kvadratkilometr sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri həyata keçirilib və bu proses cari il ərzində də davam etdirilir.

Xatırladaq ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO