Paytaxt yollarında yaranan tıxaclara səbəb olan amillərdən biri də illərdi yollara atılmış yarasız avtomobillərdi. Bəziləri o qədər çoxdan küçələrə tərk edilib ki, hətta üzərində ot da cücərib, ağac da bitib.
Bu avtomobillər təkcə tıxaclara səbəb olmur, həm də təhlükə mənbəyidir. Gecənin elə saatları olur ki, onları ayırd etmək çətin olur və qəza vəziyyəti yaranır.
Belə avtomobillər estetik cəhətdən küçələrimizin gözəlliyinə xələl gətirməklə bərabər dayandığı yerdə zibil qalaqlanmasının da səbəbinə çevrilir.
MÖVZU İLƏ BAĞLI:
Yol polisi səhhətində problem olan sürücülərə müraciət etdi
Qeyd edək ki, paytaxt yollarında bu cür avtomobillərin sayı yüzlərlədi. Nə üçün utilizasiya edilmir sualı isə araşdırma mövzusu olduğu üçün Bizim.Media problemin səbəblərini ekspert və əlaqədar qurumlarla çözməyə çalışır.
İndi isə yaranmış arzuolunmaz mənzərə ilə bağlı fotoları təqdim edirik:
Əhməd Fikrətoğlu, Bizim.Media