Şəmkirdə iki qonşu dalaşdı - 5 nəfər xəstəxanalıq oldu

Şəmkirdə iki qonşu dalaşdı - 5 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Şəmkirdə iki qonşu dalaşdı - 5 nəfər xəstəxanalıq oldu

125053

Şəmkirdə 2 qonşu arasında düşən  kütləvi dava zamanı çox sayda xəsarət alanlar var.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə,  rayonun Təzəkənd kəndində qonşular arasında düşən mübahisə zamanı 1979-cü il təvəllüdlü Anar Bədiyev, 1970-ci il təvəllüdlü Asif Sədirov, 1960-cı il təvəllüdlü Akif Sədirov, 1997-ci il təvəllüdlü Babək Şahbazov və 1996-cı il təvəllüdlü Cavanşir Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun bildirdiyinə görə, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub və dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO