"Biz ələ-ələ verib autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik".
Bizim.Media xəbər verir ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.
"Autizm problemi nə qədər erkən aşkarlanarsa, onların cəmiyyətə inteqrasiyası bir o qədər sürətli olur", - nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, zəruri müdaxilələr vaxtında həyata keçirilməlidir ki, uşaqların cəmiyyətə inteqrasiyası sürətli olsun:
"Belə uşaqların cəmiyyətə inteqrasiyası inklüzivlik qaydası ilə həyata keçirilir".
Nazir müavini qeyd edib ki, bu sahə ilə məşğul olan tibb işçiləri üçün davamlı treninqlər təşkil olunur:
"Biz ələ-ələ verib bu problemin həllində daha mühüm nəticələrə nail ola bilərik".
Bizim.Media
![](https://bizim.media/file/articles/2023/03/11/1678514774_ekran-sekli-2023-03-11-100507.png)
- A-
- A
- A+
Cəmiyyət
10:18 / 11.03.2023
"Autizmin həllində mühüm nəticələrə nail ola bilərik" - Nazir müavini
Hazırda oxunan: "Autizmin həllində mühüm nəticələrə nail ola bilərik" - Nazir müavini
Hazırda oxunan: "Autizmin həllində mühüm nəticələrə nail ola bilərik" - Nazir müavini
124925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.