Zəngəzur dəhlizi nəqliyyat və enerji dəhlizi OLACAQ - RƏSMİ

Zəngəzur dəhlizi nəqliyyat və enerji dəhlizi OLACAQ - RƏSMİ

Hazırda oxunan: Zəngəzur dəhlizi nəqliyyat və enerji dəhlizi OLACAQ - RƏSMİ

124843

Azərbaycan Avropaya təbii qaz ixracını daha da artacaq”. 

Bizim.Media xəbər verir ki, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” adlı paneldə energetika naziri Pərviz Şahbazov bildirib. 

Nazir deyib ki, Azərbaycan 2027-ci ildən Avropaya qaz ixracını 2 dəfə artıracaq:

“Bu ilin yanvarından bu istiqamətdə tərəfdaşlarla işləməyə başlamışıq”. 

Pərviz Şahbazov qeyd edib ki, Zəngəzur dəhlizi həm nəqliyyat, həm də enerji dəhlizi olacaq:

“Enerjinin bu dəhliz vasitəsi ilə Naxçıvana, Naxçıvandan Türkiyəyə və Avropaya enerji ixrac etməyi planlaşdırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO