Bakıda atışmada yaralanan şəxs ATU-nun tələbəsidir – VİDEO

Bakıda atışmada yaralanan şəxs ATU-nun tələbəsidir – VİDEO

Hazırda oxunan: Bakıda atışmada yaralanan şəxs ATU-nun tələbəsidir – VİDEO

124839

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentdə yaralanan şəxs ATU-nun hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsidir. 

Bizim.Media xəbər verir ki, bunu hadisə şahidlərindən biri açıqlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda atışma olub, xəsarət alanlar var – VİDEO 


Bakıda atışmada yaralanan şəxslərdən biri Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsidir. 
 
Bu barədə Universitetin mətbuat xidməti məlumat yayıb. 
 
Məlumatda qeyd olunur ki, həmin tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə 12:00-da dərsləri bitdikdən sonra Universitetdən çıxıb. 

Qeyd edək ki, Bakıda bu gün silahlı insident olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında - paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Olay yerinə əməliyyat qrupu cəlb edilib. Hadisədə xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO