Mühasib sertifikatı almaq istəyənlərin nəzərinə!

Mühasib sertifikatı almaq istəyənlərin nəzərinə!

Hazırda oxunan: Mühasib sertifikatı almaq istəyənlərin nəzərinə!

12479

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 21-də peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün sınaq imtahanı keçirəcək. 

Bizim.Media xəbər verir ki, Mərkəzdən verilən məlumata görə,  COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlama


İmtahan verənlər zallarda bir-birindən lazımi məsafədə əyləşdiriləcək. 

Qeydiyyat yanvarın 22-dən fevralın 15-dək DİM-in internet səhifəsində aparılıb və sınaq imtahanda iştirak üçün 80 nəfər müraciət edib.

İmtahan DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binası) yerləşən binasında kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilir. İmtahan 3 saat davam edəcək və namizədə 40 test tapşırığı təqdim olunacaq. 

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə “Yaddaş kitabçası” da yerləşdirilib.

İmtahan iştirakçılarından bu kitabça ilə mütləq tanış olmaları xahiş edilir. Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər: 

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu); 

- imtahana buraxılış vərəqəsi; 

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edilərək imzalanır və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verilir). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO