Masallıda qaçırılan qız TAPILDI

Masallıda qaçırılan qız TAPILDI

Hazırda oxunan: Masallıda qaçırılan qız TAPILDI

124773

Sosial şəbəkələrdə Masallı rayonunun Ərkivan qəsəbə sakini 2005-ci il təvəllüdlü S.Tağıyevanın repetitor yanından evə qayıdarkən kənd yolunda naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə xəbərlər yayılıb. 

Bizim.Media DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin verdiyi məlumata istinadən xəbər verir ki, həmin müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib. 

Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO