"Ağsu Siti" idman klubunun prezidenti 90 min manatlıq dələduzluqda ittiham OLUNUR - FOTO

Hazırda oxunan: "Ağsu Siti" idman klubunun prezidenti 90 min manatlıq dələduzluqda ittiham OLUNUR - FOTO

124730

“Ağsu Siti" idman klubunun prezidenti Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, cinayət işi ilə bağlı bəzi detallar məlum olub. 
 
İttihama görə, klub prezidenti 18 nəfərə müxtəlif formada yalan vəd verərək onları aldadıb. 

İş üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 93 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin içində İknci Vətən Müharibəsi iştirakçıları da var. 

Rəmzi Eminli əvvəl istintaqdan yayındığı üçün barəsində həbsli axtarış qərarı çıxarılıb, bir müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, 
 Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO