Bakı-Quba yolunda baş verən ağır qəza ilə bağlı rəsmi AÇIQLAMA

Bakı-Quba yolunda baş verən ağır qəza ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bakı-Quba yolunda baş verən ağır qəza ilə bağlı rəsmi AÇIQLAMA

124528

DİN-in Baş DYP İdarəsi Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

DİN BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyevin Bizim.Media-ya verdiyi məlumata görə, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub.

Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO