Tətil planlayanların NƏZƏRİNƏ: AZAL Bakıdan Qara dəniz sahilinə reyslər açır

Tətil planlayanların NƏZƏRİNƏ: AZAL Bakıdan Qara dəniz sahilinə reyslər açır

Hazırda oxunan: Tətil planlayanların NƏZƏRİNƏ: AZAL Bakıdan Qara dəniz sahilinə reyslər açır

124289

“Azərbaycan Hava Yolları”nın (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti Bakıdan yeni marşrut açır.

AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, mayın 4-dən etibarən aviaşirkət Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirəcək.

Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır.

Qeyd edək ki, Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.
“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO