“Əlilliyi olan şəxslərin hüquqların təmin olunmasında bir sıra problemlər var”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Kamilə Əliyeva səsləndirib.
“Əlillik dərəcəsi almaq üçün müraciət edən bir sıra vətəndaşlara, göndərişlərin natamam doldurulması, əlavə müayinələrə ehtiyac duyulması kimi şablon cavablar verilir. Nəticədə onların hüquqları pozulur. Maraqlıdır, Ombudsman İnstitutu bu barədə hansı təkliflərlə çıxış edib? Digər tərəfdən, parkinson, epilepsiya kimi xəstəliklərdən əziyyət çəkən insanların da əlillik dərəcəsinin müəyyənləşdirilməsində problemlər var”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media