Oğuzda yaşayan yəhudilər haqda film dörd ölkədə çəkildi - FOTO 

Oğuzda yaşayan yəhudilər haqda film dörd ölkədə çəkildi - FOTO 

Hazırda oxunan: Oğuzda yaşayan yəhudilər haqda film dörd ölkədə çəkildi - FOTO 

124146

Azərbaycan və İsrail kinomatoqrafçılarının birgə istehsalı olan və Oğuzda yaşayan dağ yəhudilərinin həyatından bəhs edən filmin çəkilişləri uğurla başa çatıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, ravvin-Şmuel Simantov məlumat verib.  

O, bildirib ki, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir. Şmuel Simantovun sözlərinə görə filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorlar Mahir Atakişiyev, Roman İsakov, içracı prodüser Şaul Siman-Tovdur. 
Filmin çəkilişləri Azərbaycanla yanaşı İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb. İctimai xadim onu da xususi olaraq vurğulayıb ki, ssenarist və rejissor Rüfət Əsədov bundan əvvəl də "Dağ yəhudiləri” haqqında filmlər çəkib.  

Oğuzda yaşayan dağ yəhudiləri haqqındakı film isə rejissorun sayca 5-ci filmidir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO