Qubada yanğında yataq xəstəsi zəhərləndi - FOTO

Qubada yanğında yataq xəstəsi zəhərləndi - FOTO

Hazırda oxunan: Qubada yanğında yataq xəstəsi zəhərləndi - FOTO

124060

Bu gün Quba şəhərində Ərdəbil küçəsi-49 ünvanında baş verən yanğında yataq xəstəsi olan ev sahibi, 72 yaşlı Tofiq Turabov tüstüdən zəhərlənərək  rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Bizim.Media xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan evin sahibinin yaşadığı bir otağın əşyaları qismən yanıb.

Alov hadisə yerinə gələn FHN-in 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsinin səyi nəticəsində qısa vaxt ərzində söndürülüb. 

Yanğının evdə olan qaz sobasından qaynaqlandığı deyilir. Araşdırma başlanılıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO