Mart ayında Azərbaycanda BU TƏRƏVƏZLƏRİN qiyməti artacaq - PROQNOZ

Mart ayında Azərbaycanda BU TƏRƏVƏZLƏRİN qiyməti artacaq - PROQNOZ

Hazırda oxunan: Mart ayında Azərbaycanda BU TƏRƏVƏZLƏRİN qiyməti artacaq - PROQNOZ

124032

Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi pomidorun qiymətinin artması və zəlzələni əsas gətirərək, ərzaq təminatının təhlükəsizliyini və qiymət sabitliyini təmin etmək məqsədilə 14 aprel 2023-cü il tarixinədək pomidor ixracına məhdudiyyət qoyub.

Türkiyədə pomidor ilə bərabər soğan, xiyar, limon, kələm, kahı, portağal, gül kələm və naringi də bahalaşıb. Ölkədə soğanın 1 kiloqramının qiyməti 1.50 - 2 manata qədər yüksəlib.

Bu vəziyyət ilk yaz aylarında Azərbaycanda onsuz da yüksələn tərəvəz qiymətlərinə necə təsir edəcək? Ümumiyyətlə, yaza doğru qiymətlərin yüksəlməməsi üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov Bizim.Media-ya bildirib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətlərində azalmalar adətən aprel ayından başlayaraq müşahidə edilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda GMO məhsulların becərilmə həcmi ÇOXALIB – Kim nəzarət etməlidir? 


“Bu aydan etibarən ilkin olaraq yerli tərəvəz və kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını müşahidə edirik. Bu da qiymətlərə təsir edir. Sözsüz ki, Türkiyə də daxil olmaqla bir sıra qonşu ölkələrdən idxal istehlak bazarında xüsusi paya malik olub. Təcrübə də göstərir ki, xüsusilə Türkiyə və İrandan idxal edilən kənd təsərrüfatı məhsullarının, o cümlədən tərəvəz məhsullarının qiyməti nisbətən daha ucuz olur. Onların xərci daha az olduğu üçün qiymətə təsir edir. Azərbaycan Türkiyədən bir sıra tərəvəz məhsulları idxal edir. Yəni idxalımızda Türkiyənin payı var. Amma aprel ayından başlayaraq bazarda yerli məhsulların qiymətlərə təsiri daha çox olur”. 

İqtisadçı ötən il qiymətlərin yüksək olmasını nəzərə alıb indidən tədbir görməyin vacib olduğunu vurğulayıb: 

“2022-ci ilin müvafiq dövründə tərəvəz məhsullarının qiymətləri kifayət qədər yüksək idi. Ona görə də bütün hallarda çalışmaq lazımdır ki, aprel ayından etibarən tərəvəz məhsullarının qiymətlərində artım deyil, azalma müşahidə olunsun. Bunun üçün kənd yarmarkalarının sayının artırılmasına ehtiyac var.

Eyni zamanda, süni şəkildə qiymət artımları olmasın deyə monitorinqlərin davam etdirilməsi vacibdir. Yəni, gələn aydan etibarən tərəvəzlərin qiymətlərində azalmalar mümkündür. Bunun üçün də təklifin artırılması, xərclərin azaldılması fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var ki, biz qiymətlərin artımının deyil, azalmasının şahidi ola bilək”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO