Qusarda güclü külək işıqları söndürdü

Qusarda güclü külək işıqları söndürdü

Hazırda oxunan: Qusarda güclü külək işıqları söndürdü

124010

Qusarda güclü külək başlayıb. Həmişə olduğu kimi, yenə elektrik təsərrüfatında fəsadlar ortaya çıxıb. Yaşayış məntəqələrinə enerji verilişi dayanıb.

Qusar İH-də fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasından Bizim.Media-ya verilən məlumata görə, rayonun Kurik, Ləcət kəndlərində elektrik dayaqlarını külək aşırıb.

Bu səbəbdən həmin və ətraf yaşayış məntəqələrinə enerji verilişi  dayanıb. Bəzi ərazilərdə, xüsusən Qusar şəhərində işıqlar təhlükəsizlik baxımından söndürülüb.

Külək dayanan kimi Azərişıq ASC-nin qəza briqadası bərpa işlərinə başlayacaq.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO