“Heydər Əliyev ili” çərçivəsində məktəblilər arasında keçirilən intellektual liqa yarışlarında 8 komanda mübarizə aparıb.
Bizim.Media-nın yerli bürosu bildirir ki, rayon Gənclər və İdman İdarəsi, Təhsil sektoru və Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən intellektual yarışda ümumtəhsil məktəblərini təmsil edən komandalar mübarizə aparır.
Yarışın təşkilində əsas məqsəd yeniyetmə və gənclərin Heydə Əliyevin həyat və fəaliyyəti, xalq və Vətən qarşısındakı xidmətləri barədə məlumatlılığını artırmaq, onların intellektual potensialını yüksəltməkdir
İntellektual liqanın 4 turundan sonra Qaravəli kənd tam orta məktəbin komandası hələlik 20 xalla liderdir. Balakən Humanitar və texniki təmayüllü liseyin və şəhər Nizami adına 1 saylı tam orta məktəbin komandaları 18,5 xalla sonrakı yerləri tutur.
Yarışların final mərhələsi martın 13-də keçiriləcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:52 / 05.03.2023
Balakəndə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilir - FOTO
Hazırda oxunan: Balakəndə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilir - FOTO
Hazırda oxunan: Balakəndə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilir - FOTO
123864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.